CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atmosferə tullantı atan müəssisənin nümayəndəsi cəzalanıb

© AFP 2024 / INA FASSBENDERУгольная электростанция, фото из архива
Угольная электростанция, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müəssisədə yeni qaztəmizləyici qurğunun quraşdırılması üçün MMC-yə icrası məcburi olan "məcburi göstəriş" verilib".

BAKI, 19 avqust — Sputnik. Sumqayıt şəhərində yerləşən "Baku Non Ferrous and Foundry Company" MMC-nin fəaliyyəti zamanı havaya qatı tüstünün yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı sözügedən müəssisədə quraşdırılmış qaztəmizləyici qurğunun işləmədiyi və nəticədə atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib. Bu barədə Sputnik Azərbaycan-a Xidmətin rəis müavini Ramal Bağırov bildirib: "Faktla bağlı müəssisənin istehsalat üzrə direktoru Xaliq Mahmudov barəsində protokol tərtib edilib və o, 3000 manat məbləğində cərimə olunub. Müəssisədə yeni qaztəmizləyici qurğunun quraşdırılması üçün MMC-yə icrası məcburi olan "məcburi göstəriş" verilib".

Xəbər lenti
0