CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qapanmalı, yoxsa qapanmamalı: saxta bəyanat milyonları çaşdırdı

© Sputnik / Lyudmila ButkevichМужчина отдыхает на диване
Мужчина отдыхает на диване - Sputnik Azərbaycan
Abunə olmaq
Maria Van Kerxove bu tədbirləri COVID-19-la mübarizə üçün gərəkli olan ictimai səhiyyə infrastrukturunun qurulmasında vaxt qazandıran "qaba güc instrumenti" kimi dəyərləndirib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Bu gün Facebook sosial şəbəkəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası dövründə karantin rejimini bir daha tətbiq etməməklə bağlı bəyanatı yayılıb. Sosial şəbəkələrdə yayılan bu məlumatın ÜST-ün adından yayılan saxta bəyanat olduğu da yer alıb.

Sputnik Azərbaycan məsələni araşdırmaq üçün ÜST-ün Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlayıb. Qurumun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fanara Bünyadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, epidemioloq, ÜST-ün Səhiyyə Sahəsində Fövqəladə Hallar Proqramının iştirakçısı Maria Van Kerxovenin fikirləri təhrif edilib: "Kerxove karantin rejiminin yenidən tətbiq olunmamasını tövsiyə edib, birdəfəlik ləğv edilməsini  yox".

Баку после смягчения карантина - Sputnik Azərbaycan
Millət vəkili: Qaydalara əməl edilməsə, yenidən karantin rejimi sərtləşdirilə bilər

Qeyd edək ki, Maria Van Kerxove The Telegraph qəzetinə müsahibəsində karantin rejiminin tamamilə ləğv edilməsini deyil, sosial, iqtisadi və sağlamlıq faktorlarını nəzərə alaraq milli karantin rejiminin yox, lokal karantinin tətbiq edilməsinin vacibliyini vurğulayıb.

ÜST martın 11-də SARS-Cov-2 koronavirusu epidemiyasını pandemiya elan etdikdən sonra dünyanın 100-dən çox ölkəsi tam və ya qismən özünütəcrid tədbirləri görərək karantin rejimləri tətbiq etdi. 

Maria Van Kerxove bu tədbirləri COVID-19-la mübarizə üçün gərəkli olan ictimai səhiyyə infrastrukturunun qurulmasında vaxt qazandıran "qaba güc instrumenti" kimi dəyərləndirib. 

Altı ay öncə, yoluxma sayı 8000, ölüm sayı isə cəmi 170 olanda ÜST-ün elan etdiyi pandemiya səbəbilə başladılan özünütəcridin iqtisadi, tibbi və sosial ziyanını M.V.Kerxove "nəhəng" adlandırıb.  

"Qapanmalar əslində ÜST-ün tövsiyə etdiyi kimi deyil, amma ondan bir sıra ölkələrdə istifadə etmək lazımdır, çünki yoluxmalar sürətlə artır. Amma ümid edirəm ki, ölkələr daha milli özünütəcridə qayıtmalı olmayacaqlar".

Xəbər lenti
0