BAKI, 18 avqust — Sputnik. Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;
- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə
- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.