Göydən düşmüş balıq avtomobil qəzasına səbəb olub

© AP Photo / Matias DelacroixРыба, фото из архива
Рыба, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində avtomobilə nə qədər zərər dəydiyini müəyyən etmək çətindir, lakin belə bir yol-nəqliyyat hadisəsi, çətin ki, sığorta ilə qarşılansın.

BAKI, 18 avqust — Sputnik. ABŞ-ın Tennesi ştatında yolboyu hərəkət edən avtomobilin üzərinə balıq düşməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Toqquşma nəticəsində xanıbalığı avtomobilin ön bamperi ilə işıqları arasında ilişib qalıb.

Sputnik Azərbaycan yerli təbiəti mühafizə agentliyinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, balığı çay qaraquşunun hücumuna məruz qalmış ağbaş qartal avtomobil yoluna atıb.

Hərəkət edən avtomobillə toqquşma nəticəsində balıq sol ön işıqlarla bamperin arasında ilişib.

Hadisə nəticəsində hərəkət iştirakçılarından heç biri xəsarət almayıb. Fotoşəkilə baxanda hadisə nəticəsində avtomobilə nə qədər zərər dəydiyini müəyyən etmək çətindir, lakin belə bir yol-nəqliyyat hadisəsi, çətin ki, sığorta ilə qarşılansın.

Xəbər lenti
0