Əfqanıstanda İŞİD-in "ali hakimi" məhv edilib

© AP Photo / Raqqa Media Center via APRakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli
Rakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məhv edilmiş terrorçu "dinc sakinlərin başının kəsilməsi və yaraqlılarla zorakı nikahları" nəzərdə tutan "fərmanların" verilməsində iştirak edib

BAKI, 18 avqust — Sputnik. Əfqanıstanın güc strukturları regionda İŞİD terror qruplaşmasının "ali hakimi"ni məhv edib.

Sputnik Azərbaycan "TOLO News" telekanalına istinadən xəbər verir ki, Abdulla Orakzay adlı terrorçu İŞİD-in Xorasandakı bölməsinin başçısı olub.

Məhv edilmiş terrorçu "dinc sakinlərin başının kəsilməsi və yaraqlılarla zorakı nikahları" nəzərdə tutan "fərmanların" verilməsində iştirak edib.

​Abdulla Orakzay avqustun 2-də Nanqarhar vilayətində həbsxanaya hücumun icraçısı olub.

Avqustun əvvəlində Nanqarhardakı həbsxanaya hücum nəticəsində 29 nəfər həlak olub, 50 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD yaraqlıları üzərlərinə götürüblər.

 

Xəbər lenti
0