BAKI, 18 avqust — Sputnik. Çin koronavirusa qarşı peyvəndindən diplomatik məqsədlərlə istifadə etməyi və onun köməyilə bir sıra ölkələrlə münasibət qurmağı planlaşdırır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə The Wall Street Journal yazıb.
Nəşrin yazdığına görə, ÇXR bir sıra ölkələrlə sınaq üçün vaksinin tez hazırlanması, sonra isə tədarükü üzrə razılaşma əldə edib.
Burada söhbət Filippin, Braziliya, İndoneziya, Pakistan və digər ölkələrdən gedir.
Müəllif qeyd edir ki, bu minvalla vaksin Çin üçün yaxşı münasibətlər saxladığı ölkələrə göndərdiyi pandaların analoquna dönəcək.
Bir müddət öncə məlum olub ki, ÇXR-in İntellektual Mülkiyyət üzrə Dövlət İdarəsi koronavirus əleyhinə vaksinə ilk patenti verib.