BAKI, 18 avqust — Sputnik. Malidə, paytaxt Bamakonun yaxınlığındakı Kati rayonunda qiyam qaldırmış hərbçilər bir sıra nazir və zabitləri həbs ediblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.
BREAKING: Heavy gunfire heard in #Mali's Kati city near the capital Bamako as demonstrations against the government and French influence continue.
— EHA News (@eha_news) August 18, 2020
Security sources report that gunfire was also heard near the PM's office and that a mutiny of the Armed Forces is underway. pic.twitter.com/eDZZAXsdd1
Agentliyin müsahibi bildirib ki, bir neçəyüksək vəzifəli şəxs bilinməyən istiqamətdə aparılıb.
Bu gün Malidə Silahlı Qüvvələrin qiyam qaldırması barədə xəbəri bir neçə xarici ölkənin səfirlikləri təsdiqləyib. İspaniya, Norveç və Fransa səfirlikləri insanlara evlərini tərk etməməyi tövsiyə edib.