CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Telekanallarımızın mətbəxindən boylanan piratlar: əcnəbi gəlincə faş oldular

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidОтснятая кинопленка, фото из архива
Отснятая кинопленка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İdeyalar həddindən artıqdır. Amma qarşımızda sədlər də var. Hansı ki, biz həmin ideyaları həyata keçirsək, bizdə baxılmayacaq" - aktyor Faiq Ağamalıyev

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 1 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Дистанционный пульт управления от телевизора, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Tərcüməçilər üçün şad xəbər - Pul olacaq

Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq. Bəs görəsən, bu qərar ölkəmizdə serial sektoruna necə təsir edəcək? Qərar serial istehsalçılarının stimullaşmasına kömək edəcəkmi? Bütün bunları nəzərə alaraq, Sputnik Azərbaycan uzun illər bu sektorda çalışan sənətçilərin fikrlərini öyrənməyə çalışdı.

Söhbətimizi əməkdar mədəniyyət işçisi Ramin Hacıyevlə başladıq. Uzun illər yerli telekanallarda müxtəlif serialların senaristi, rejissoru və aktyoru olan Hacıyev hesab edir ki, bu qərar heç də serialların inkişafına təsir etməyəcək: "Fikrimcə, serial sektorunda canlanma olmayacaq. Ola bilsin ki, televiziya rəhbərlərinə xaricdən serial almaq daha çox sərf edəcək. Yeganə sevindirici cəhət o ola bilər ki, rəqabət yaranacaq. Ümid edirəm, yaxşı serial çəkənlər, bu işin peşəkarları qazanacaqlar".

Azərbaycan teleməkanında bir çox serialların senari müəllifi olan Araz Atakişiyevin zənnincə, bu qərar ölkəmizdəki serial sektoruna təsirsiz ötüşməyəcək: "Düşünürəm ki, xarici serialların ölkəmizdəki televiziyalarda yayımlanması bizə mənfi təsir edəcək. Onlar bizə rəqibdir. Amma bir məsələ var ki, onlarına seriallarına böyük pullar ayrılır. Texniki baxımdan və praktika baxımdan da bizdən üstündürlər. Ona görə də bizim serial sektoruna mənfi təsir göstərəcək. Heç vaxt yüksək məbləğə başa gələn serialla az miqdarda başa gələn serialı eyni tərəziyə qoymaq olmaz. Onlar yüksək məbləğdə pullar xəcləyib serillar çəkiblər, biz isə onlardan qat-qat az miqdarda olan məbləğə serial çəkirik. Təbii ki, onların serialı daha keyfiyyətli olacaq".

Söhbətimizi bir çox yerli seriallarda rol alan aktyor Faiq Ağamalıyevlə davam edirik. Aktyor bildirir ki, ölkəmizdə yayımlanan xarici seriallar milli dəyərlərimizə ziddir: "Bizdə düşünən beyin də var, maraqlı senarilər, ideyalar da var. Niyə xarici gəlib öz məhsulunu bizə satsın? Bir zamanlar bizdə yayımlanan xarici seriallar bizə nə qazandırıb? O seriallar bizim milli mənəviyyatımıza xələl gətirməkdən başqa heç nə vermədi. Təbii ki, türk serialları istisnadır. Onların dəyərləri ilə bizim dəyərlərimiz eynidir. İdeyalar həddindən artıqdır. Amma qarşımızda sədlər də var. Hansı ki, biz həmin ideyaları həyata keçirsək, bizdə baxılmayacaq".

"Başqa ölkələrdə rejissorlar yeni simaların axtarışındadırlar. Çalışırlar ki, hər serialda, filmdə yeni sima təqdim etsinlər. Amma nədənsə öz seriallarımızda və filmlərimizdə həmişə eyni aktyorları görürük. Bunun səbəbi nədir?" sualına Ağamalıyevin cavabı belə oldu:

"Bizdə filmə sponsorluq edən də, tamaşaçı da seriala, filmə məhz məşhura görə baxır. Baxırsan, adi bir "tik-tok" çəkən 1 günün içində məşhurlaşır. Bahalı bir avtomobildə gəzir. Amma mən, 16 ilin aktyoru, onun qazandığının 1%-i qazanmıram. Ona görə də bizim rejissorlar çalışırlar ki, seriallarda hansısa məşhur rol alsın".

Uzun müddət dublyaj sahəsində fəalliyyət göstərən rejissor və aktyor Kamal Yaşar da qərara münasibətini bildirib. Aktyorun sözlərinə görə, sözügedən qərarın onların fəaliyyətinə heç bir təsiri olmayacaq: "Onsuz da bizdə Xəzər televiziyasının nəzdində fəaliyyət göstərən Dalğa TV-də Koreya, Argentina, Braziliya və digər ölkələrin serialları və filmləri dublyaj olunub. Bundan başqa, bir neçə özəl prodakşnlar var, onlar da İran serialları dublaj edirlər. "TVseans.com" var ki, onlar da bu sahə ilə məşğuldurlar. Yəni, bu, əvvəldən də var idi. Televiziyalarda dublaj studiyaları dayanıb. Bizdə yayımlanan serialların, filmlərin heç birisinin lisenziyası alınmayıb. Hamısı piratdır. Yeganə "Cinema Plus"dur ki, onlar filmlərini lisenziya ilə alırlar".

"Pulla alınanda səs panellərini də verirlər. Belə olan halda, dublyaj daha keyfiyyətli alınır. Fikir verirsinizsə, bəzən filmin fonunda aktyorun öz səsi gəlir. Peşəkar dublyajda isə bu baş vermir. Film orijinal olsa, bu baş verməz. AZTV hazırda dublyaj studiyasını bağlayıb. Səbəb də odur ki, orada yayımlanan filmlər piratdır. Bizdə telekanallar orijinal filmlər almağa meylli deyillər".

Aktyor vurğulayır ki, xarici seriallara ayrılan pullar öz rejissorlarımıza ayrılsa, daha yaxşı olar: "Bir məsələ var, xaricdən alınan filmlərə xərclənən pulları öz rejissorlarımıza ayırsalar, bizimkilər də normal film ortalığa çıxara bilərlər. Aktyorlar da dublyajda işləməkdənsə, onları filmlərə çəksələr, daha yaxşı olar. Mən uzun müddətdir ki, bu sahədəyəm. Bizim dublyajdan qazandığımız məbləğ olduqca gülüncdür. Təəssüf ki, bizdə bazar şərtləri belədir. Yəni, o pul heç nəyə çatmır. Sadəcə aktyor formada qalsın deyə, o pula qane olur".

 

Xəbər lenti
0