Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Tıq-tıq xanım"ın yaradıcısı almanlara "Rezin xoruz"u təqdim elədi

© AFP 2024 / MARTIN BUREAUKitab mağazası, arxiv şəkli
Kitab mağazası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ədəbiyyatı kino kimi görürəm. Ona görə düşünürəm ki, hekayələrimi asanlıqla ekranlaşdırmaq olar..."

BAKI, 18 avqust — Sputnik. Tanınmış azərbaycanlı animator, rəssam və yazıçı Məsud Pənahinin Almaniyanın Berlin şəhərində "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Tıq-tıq xanım", "Bulud niyə ağlayır?", "Qız qalası əfsanəsi" və başqa məşhur animasiya filmlərinin müəllifi olan Pənahi yeni kitabı haqqında bu sözləri deyib: "Əvvəlcə kitab haqqında heç düşünmürdüm. Lakin üzvü olduğum və hekayələrimi çap edən Berlin "Ədəbiyyat və Mədəniyyət klubu"nun məsləhəti ilə öz ailəmin tarixi, öz fantaziyalarım və yuxuda gördüklərim haqqında bir kitab yazmağı qərara aldım. Özümü peşəkar yazıçı saymıram. Ədəbiyyatı kino kimi görürəm. Ona görə düşünürəm ki, hekayələrimi asanlıqla ekranlaşdırmaq olar..."

Məsud Pənahi 1943-cü ildə İranın Zəncan şəhərində doğulub. 1946-ci ildə Pənahi ailəsi ilə Bakıya köçüb. 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Rusiyada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu rejissor kurslarını bitirib.

1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında "Bulud niyə ağlayır?" cizgi filminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında "Qız qalası əfsanəsi" cizgi filminə görə təltif edilib.

Qeyd edək ki, Pənahi 1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-a yaxın animasiya filmlərinin çəkilişlərində iştirak edib. M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmidir.

2018-ci ildə Məsud Pənahi ANİMAFİLM-in Azərbaycan animasiyasına verdiyi töhfəyə görə "Qızıl qayıq" mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın Beynəlxalq münsiflər heyətinin sədri olub.

Xəbər lenti
0