Terrorçular otelə hücum etdilər: ölü və yaralılar arasında rəsmilər və məşhurlar var

© REUTERS / Feisal OmarНа месте взрыва в районе Ходан в городе Могадишо в Сомали
На месте взрыва в районе Ходан в городе  Могадишо в Сомали - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəsizlik qüvvələri oteli mühasirəyə alaraq terrorçulara atəş açıblar. Dörd saat sonra hökumətin rəsmi nümayəndəsi İsmael Muxtar Omar Tvitterdən bəyan edib ki, mühasirə başa çatıb və terrorçular öldürülüblər

BAKI, 16 avqust — Sputnik. Somalinin paytaxtı Moqadişoda terrorçular otelə hücum ediblər. 10-dan çox insanın öldürüldüyü, 30-dan çoxunun isə yaralandığı deyilir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Somali Guardian xəbər yayıb.

Nəşrin məlumatına görə, silahlılar məşhur Lido çimərliyinin ərazisindəki “Elite” oteli yaxında partlayıcı ilə dolu bir avtomobili partladıb, sonra isə binaya daxil olaraq atəş açıblar. Onlar otelin yuxarı mərtəbələrində bərqərar olaraq hadisə yerinə gələn hərbçiləri atəşə tutublar.

​Somali Guardian bildirir ki, hücum zamanı oteldə dövlət işçiləri və məşhur insanlar olub. İnformasiya nazirliyinin regional əlaqələr üzrə direktoru Abdirisak Abdullahi Abdi də ölənlər arasındadır. İctimai işlər naziri Ahmed Vaşinqton və ölkədə populyar olan müğənni Faiza Bela yaralanıblar.

Bu arada Təhsil naziri Abdullahi Qoda Barrın Gedo rayonundakı Balad-havo şəhərində avtomobilinə qarşı edilən hücumdan sağ qurtulduğu bildirilir.

Otelə hücumu “Əş-Şəbab” terrorçu  qruplaşması törədib. 

BBC yazır ki, təhlükəsizlik qüvvələri oteli mühasirəyə alaraq terrorçulara atəş açıblar. Dörd saat sonra hökumətin rəsmi nümayəndəsi İsmael Muxtar Omar Tvitterdən bəyan edib ki, mühasirə başa çatıb və terrorçular öldürülüblər.  

​Ancaq dəqiq neçə terrorçunun öldürüldüyü barədə xəbər verilmir. 

Yerli Dhacdoone xəbər saytının yazdığına görə, bu otel deputatlardan birinə məxsusdur və məmurlar arasında populyardır. Eləcə də onun ən qorunan mehmanxana olduğu bildirilir.  

 

Xəbər lenti
0