CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan fəaliyyətə başlayacaq ictimai iaşə müəssisələrinin sahiblərinin nəzərinə

© Sputnik / Murad OrujovРесторан в Баку
Ресторан в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahdan etibarən fəaliyyətə başlayacaq ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır.

BAKI, 17 avqust — Sputnik. Pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kafe və restoranlarda təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməli, müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi  olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

Xəbər lenti
0