CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Liseylərə qəbulla bağlı yeni xəbər

© AR Ministry of Education Müəllimlərin işə qəbulu üzrə imtahanı
Müəllimlərin işə qəbulu üzrə imtahanı - Sputnik Azərbaycan
Abunə olmaq
Elektron sistemi vasitəsilə liseylərin V sinfinə qəbul üçün 573 müraciət daxil olub. Müsabiqənin 25 avqust tarixində təşkil olunması nəzərdə tutulur.

BAKI, 17 avqust — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat davam edir. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, avqustun 17-nə olan məlumata əsasən, www.sy.edu.az elektron sistemi vasitəsilə liseylərin V sinfinə qəbul üçün 573 müraciət daxil olub.

Onlardan 231-i Texniki-Humanitar Liseyə, 71-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 126-sı 147 nömrəli Texniki-Humanitar Liseyə, 145-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib. Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə qəbul olunmaq istəyən şagirdlərin valideynləri (və ya qanuni nümayəndələr) www.sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və övladı haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və istədiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat 20 avqust tarixində başa çatacaq.

Qeyd edək ki, qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər. Müsabiqənin 25 avqust tarixində təşkil olunması nəzərdə tutulur.

 

Xəbər lenti
0