BAKI, 17 avqust — Sputnik. Hava kirliliyi cəmiyyətin sağlamlığı üçün siqaret çəkmək və vərəmdən daha təhlükəlidir.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, pis ekologiya insanların ömür müddətini 2 il azaldıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hava kirliliyi hər il 4,2 milyon nəfərin öülümünə səbəb olur.
Xüsusilə avtomobillərdən, inşaat avadanlığı və digər mənbələr tərəfindən ətraf mühitə yayılan hissəciklər daha təhlükəlidir.
Araşdırma müəllifləri 2010-2016-cı illərdə planetdəki havanın necə dəyişdiyini təhlil edib. Məlum olub ki, dünya əhalisinin 55,3%-i havanın keyfiyyətinin daim pisləşdiyi bölgələrdə yaşayır. Bəzi bölgələrdə çirkləndiricilərin tərkibi üçün standartlar ardıcıl olaraq beş dəfə aşılıb.
Alimlər Çində 2013-cü ildən bəri hissəcik maddələrinin çirklənmə səviyyəsinin 40% azaldığını, Hindistan, Nepal və Banqladeşdə isə 44% artdığını qeyd ediblər. Bu ölkələrdə ömür uzunluğunu beş il azalda bilər.
Koronavirus pandemiyası zamanı tullantıların miqdarı bir qədər azalmasına baxmayaraq, alimlərin fikrincə, məhdudlaşdırıcı tədbirlər praktik olaraq ən təhlükəli maddələrə (hissəciklər və ozon) təsir göstərməyib. Bu səbəbdən də alimlər ətraf mühitin pozulmasına qarşı mübarizə aparmaq üçün davamlı və sistemli tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.