BAKI, 17 avqust — Sputnik. Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. "Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik", - məlumatda deyilir.