Ulduz müharibələri reallaşır: ABŞ yeni kosmik doktrinasını dərc edib

© Depositphotos.com / MilangucciПланета окруженная астероидами
Планета окруженная астероидами - Sputnik Azərbaycan
Abunə olmaq
Əksər ekspertlər əmindirlər ki, iş peyklərlə bitməyəcək – aydındır ki, amerikalılar gec-tez orbitdə döyüş silahı yerləşdirəcəklər.

BAKI, 17 avqust — Sputnik, Andrey Kots. Döyüş meydanını tam nəzarət altına almaq, düşmənin planlarını əvvəlcədən öyrənmək və onu yerətrafı orbitdən tamamilə sıxışdırıb çıxarmaq — ötən ilin dekabrında yaradılmış ABŞ Kosmik Qüvvələrinin komandanlığının dərc etdiyi ilk hərbi doktrinada belə deyilir. 64 səhifədə yeni qoşunların məqsəd və vəzifələri, eləcə də silahlı qüvvələrin digər növləri üzərində onların üstünlükləri ətraflı təsvir edilir. Sənədin əsas tezisləri haqqında RİA Novosti yazır.

Yüksəkliyi ələ keçirmək

Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Kreml yeni qlobal müharibənin qarşısını ala biləcək görüş barədə danışdı

Doktrinada əsas mesaj belədir: kosmos ABŞ Silahlı Qüvvələri qarşısında döyüş əməliyyatlarının planlaşdırılması və aparılması üçün unikal imkanlar açacaq. Sənədin müəllifləri xatırladırlar ki, hələ qədim zamanlardan sərkərdələr döyüşdən əvvəl yüksəkliyi ələ keçirməyə və strateji üstünlük əldə etməyə can atıblar: düşmən manevrlərini görmək, döyüş sahəsini maneəsiz müşahidə etmək, qəfil hücumun mümkünlüyünü aradan qaldırmaq üçün. XXI əsrdə isə ən əlverişli mövqe yerətrafı orbitidir. Və Pentaqonun fikrincə, ona məhz ABŞ-ın Kosmik Qüvvələri nəzarət etməlidir.

Kosmosda hərbi əməliyyatlar silahlı qüvvələrin digər növlərinin səlahiyyəti kimi deyil, döyüş əməliyyatlarının aparılmasının xüsusi sahəsi kimi nəzərə alınır. Orbitdə "üstünlüyü əldə etmək" üçün aqressiv davranmaq lazımdır. Qeyd olunan doktrinaya görə, kosmosda hücum etmək lazımdır.

Sənəddə vurğulanır: "Hücum əməliyyatları düşmənin kosmik imkanlarına və kosmik müdafiə sistemlərinə qarşı, düşmən qüvvələrinin səmərəliliyinin və ölümcüllüyünün azaldılmasına yönəlib. Dost olmayan dövlətlərin kosmik missiyalarının əvvəlcədən neytrallaşdırılması üstünlüklərinə və imkanlarına nail olmaq lazımdır".

Burada söhbət heç də yalnız raketdən müdafiə vasitələrindən getmir – "düşmənin bütün anti-peyk potensialı" nəzərdə tutulub. Bundan başqa, "düşmən hücumlarının neytrallaşdırılması və təhdidlərin səviyyəsinin azaldılması üçün" amerikalılar müdafiə əməliyyatlarından, o cümlədən aktiv əməliyyatlardan istifadə hüququnu özləri üçün saxlayırlar.

ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
"Huawei işi" yeni qlobal müharibəyə gətirə bilər

Orbital qruplaşmanın yaradılması

Kosmik qoşunlar yerətrafı orbitinin "təhlükəsizliyi"nə məsuliyyət daşıyacaq, ABŞ-ın və müttəfiqlərinin orbitə çıxışını təmin edəcək, həmçinin rəqibi qorxutmaq və onu davranışını dəyişdirməyə məcbur etmək üçün döyüş gücünü nümayiş etdirəcək. Yükləri və heyəti çoxistifadəli gəmilər çatdıracaq. Taktiki, operativ və strateji səviyyələrdə məlumatların sürətli ötürülməsi üçün isə güclü peyk qruplaşmasının yaradılması lazımdır. Transatmosferik kəşfiyyat, müşahidə və rabitə cihazlarına xüsusi rol veriləcək – onlar Amerikanın kosmosda hərbi mövcudluğunun əsasını təşkil etməlidir.

Sirr deyil ki, ABŞ və NATO orduları fəal şəkildə peyklərdən istifadə edirlər. Qoşunlara və silahlara nəzarət, kəşfiyyat, əlaqə və naviqasiya vasitələri məhz kosmosda cəmləşib. Orbitdə Qərbin minədək hərbi və ikili təyinatlı aparatları növbə çəkir.

Rusiyanın kosmik qoşunlarının texniki vasitələri və mütəxəssisləri var – onlar Qərb ölkələrinin peyklərinin fəaliyyətini, onların bu və ya digər su və quru sahələrinə üzərində cəmləşməsini izləməyə qadirdir.

Rafale qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan
Böyük müharibə reallığa çevrilir - Ankaraya qarşı açıq hədəyə keçdilər

Orbital qrupun hərəkətləri rəqibin niyyətindən çox şey deyir. Xüsusilə, hava hücum əməliyyatı çərçivəsində kütləvi raket-aviasiya zərbəsinin baş verəcəyini yüksək dəqiqliklə proqnozlaşdırmaq olar.

Doktrinanın müəllifləri Amerikanın rəqiblərinin onun orbital qruplaşması haqqında məlumatları əldə etmək imkanından məhrum edilməsinin vacibliyini vurğulayırlar. Bunun üçün DARPA perspektivli müdafiə layihələri agentliyində artıq bir neçə ildir ki "Blackjack" proqramı həyata keçirilir. Bu proqram vahid şəbəkədə birləşmiş 200 kiçik peykin aşağı orbitə çıxarılmasını nəzərdə tutur.

Hesab edilir ki, bu aparatların kiçik ölçüsü onların kosmik kəşfiyyat vasitələri ilə aşkarlanmasını, böyük sayı isə onların məhv edilməsini çətinləşdirəcək. Pentaqonun planlarına görə, qruplaşmanın yerləşdirilməsi artıq 2022-ci ildə başlayacaq.

Ulduz müharibələri

Ситуация в связи с эпидемиологической обстановкой в США  - Sputnik Azərbaycan
Bunu Amerikadan heç kim gözləmirdi - Böyük "müharibə" gözlənilir

Əksər ekspertlər isə əmindirlər ki, iş peyklərlə bitməyəcək. Dərc olunmuş sənəddə bu barədə açıq məlumat verilmir, amma aydındır ki, amerikalılar gec-tez orbitdə döyüş silahı yerləşdirəcəklər. Bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin Direktoru Aleksey Podberezkin Sputnik radiosunun efirində bildirib.

"Söhbət zərbə silahından gedir: kinetik, lazer, elektromaqnit və s. Bu, istənilən hər şey ola bilər", — ekspert qeyd edib.

"Təsəvvür edin yük bölməsində beş-altı kub metr zəhərli maddə daşıyan peyk üzərimizdən uçur. Müəyyən bir anda konteyner açılır və orada olan hər şey başımıza tökülür. Bu hipotetik variantlardan biridir və belə variantlardan çoxdur. Peyklərə kosmik zərbə vasitələri yerləşdirilsə başa düşmək lazımdır ki, döyüş sursatının hədəfə qədər uçuş vaxtı kəskin şəkildə azalacaq. İndi bütün müdafiə sistemi raketlərin buraxılmasını vaxtında aşkar etmək və sürətlənmə zonasında onları məhv etmək üçün nəzərdə tutulub. Lakin bu peyk başımızın üstündədirsə, uçuş trayektoriyası çox qısa olacaq. Ona görə də bütün bunlar Rusiyanın təhlükəsizliyi üçün real təhlükədir", – Podberezkin deyib.

O vurğulayıb ki, Rusiya orbitdən hücum təhlükəsini zəiflədən anti-peyk sistemlərini inkişaf etdirir. Lakin ekspert yeni bahalı silahlanma yarışından ehtiyatlanır – bu dəfə kosmosda.

Xəbər lenti
0