Tramp sevimli telekanalını tənqid elədi: "Bazar günləri baxmaq olmur"

© AP Photo / Alex BrandonПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ lideri bu telekanalın müxbirlərilə daha çox ünsiyyət saxlayır və elə ən çox müsahibəni də onlara verir. Amma bu gün Amerika liderinin ovqatı korlanıb

BAKI, 16 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp çox bəyəndiyi Fox News telekanalının CNN-dən betər olduğunu deyib.

"Fox News-a istirahət günləri gündüzlər baxmaq mümkün deyil. O, hətta feyk xəbərlər kanalı CNN-dən də betər olub. Sizə OANN-a (One America News Network - ifrat sağçı nüfuza malik telekanal - red.) keçməyi tövsiyə edirəm.  Onlar gerçəkdən də öz işlərini "vicdanla və balanslı şəkildə" yerinə yetirirlər", - Tramp Twitter səhifəsində yazıb.

​ABŞ Prezidenti narazılığının səbəbini açıqlamayıb. Eyni zamanda məhz elə bu gün səhər Tramp telefonla Fox News-un efirinə qoşularaq müsahibə verib. ABŞ lideri bu telekanalın müxbirlərilə daha çox ünsiyyət saxlayır və elə ən çox müsahibəni də onlara verir. Fox News adətən Trampı dəstəkləsə də hərdən onun xeyrinə olmayan sorğuları işıqlandırmaqla Prezidentin tənqidinə tuş gəlir.

CNN isə qəti anti-Tramp mövqeyi ilə seçilir.

Xəbər lenti
0