SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lukaşenko mitinqdə: "Həyatımda ilk dəfə qarşınızda diz çökürəm"

© Sputnik / Viktor Tolochko / Mediabanka keçidПрезидент Беларуси Александр Лукашенко на митинге в свою поддержку в Минске
Президент Беларуси Александр Лукашенко на митинге в свою поддержку в Минске - Sputnik Azərbaycan
Abunə olmaq
Etiraz aksiyalarının səkkizinci günündə Belarus paytaxtının küçələrinə hakimiyyət tərəfdarları çıxdılar

BAKI, 16 avqust — Sputnik. Belarusun altıncı dəfə seçilmiş prezidenti Aleksandr Lukaşenkonu dəstəkləyənlər bu gün Minskdə mitinqə çıxıblar.

Sputnik Belarus xəbər verir ki, səhər ertədən Azadlıq meydanı boyunca yollar avtomobillərin hərəkəti üçün bağlanıb. Milis şəhərin mərkəzinə aparan küçələrdə metal arakəsmələr düzərək Hökumət evinin qarşısına keçən hər kəsin sənədlərini yoxlayıb.

Флаги ЕС - Sputnik Azərbaycan
Avropa İttifaqı Belarusa qarşı sanksiya tətbiq edəcək

Yerli vaxtla saat 14:00-da Lukaşenko mitinq iştirakçılarının qarşısına çıxıb. Onu alqışlarla qarşılayıblar.

Lukaşenko ilk növbədə müxtəlif bölgələrdən gələnlərə təşəkkürünü bildirib: “Sizi bu meydana çağırmaq istəmirdim, bilirəm ki, evdə çox işiniz var”.

Belarus Prezidenti bildirib ki, mitinq tərəfdarı deyil.

“Amma təəssüf, sizi buraya çağırmağım mənim günahım deyil”, - söyləyən Lukaşenko əlavə edib ki, kütlə ondan küçələrə çıxmağa qorxan zabit və əsgərlərin şərəfini qaytarmağı xahiş edib.

Prezident “oriyentasiyasını itirən və bu gün meydanda olmayanalara” səslənib: “Azadlıq istəyirsiz? Deyin, hansı azadlığı? Dəyişiklik istəyirsiz? Deyin, hansı dəyişiklik?”

“Biz öz uşaqlarımızı meydanlarda saxlayırıq ki, etiraz edənləri sakitləşdirək”, - Lukaşenko deyib və ardınca sual edib: “Bu normaldır?”

“Siz ölkəmizin şərqindən və qərbindən buraya gəldiyiniz üçün bunu sizə deməliyəm. Başqa cür demək imkanım olmayacaq. Biz sərt siyasət apardıq. Siz Minski və yolları quldurlardan təmizləməyimizi istəyirdiniz. Mən də bunu sizin üçün etdim”, - Belarus Prezidenti əlavə edib.

Lukaşenko ilk dəfə xalqın qarşısında diz çökdüyünü söyləyib.

"Bu ölkənin, bu paytaxtın sahibi olduğunuzu göstərdiyinizə görə sizə minnətdaram. Onlar bunu uzun müddət yadda saxlayacaqlar. Həyatımda ilk dəfə qarşınızda diz çökürəm", - Prezident deyib.

​"Mən xəbərdarlıq etmişdim ki, seçki maraqlı keçəcək, ondan sonra isə daha maraqlı olacaq. Belarusu qoruyun, o artıq nəvələrə məxsusdur. Onlara nə qalacaq? Çox ciddi zamandır. Sizi çağırmışam ki, ölkəni qoruyasınız, nəzərə alın ki, indi çox zibillər üzə çıxıb biabırçılıqla hədələyirlər, amma mən sağam, yaşayacağam, unutmayın, sizi heç vaxt satmamışam və heç vaxt da satmaram", - Lukaşenko əlavə edib.

O, mitinq iştirakçılarına daha bir xəbərdarlıq edib: "Unutmayın, əgər Lukaşenkonu demirəm, birinci prezidentinizi məhv etsəniz, bu sizin öz sonunuzun başlanğıcı olacaq".
Xəbər lenti
0