BAKI, 16 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın keçmiş vitse-prezidenti, builki prezident seçkisində namizəd Cozef Baydenin Türkiyə müxalifətini dəstəkləyəcəyi barədə bəyanatına reaksiya verib.
Sputnik Azərbaycan bildirir ki, ötən ilin dekabrında Bayden The New York Times qəzetinə müsahibəsində bildirmişdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı “tamamilə fərqli mövqe” tutmaq, müxalifət rəhbərliyinə dəstək nümayiş etdirmək gərəkdir.
Həmin müsahibənin videosu Twitter-in Türkiyə seqmentində avqustun 15-də populyarlaşandan sonra bazar günü Ərdoğanın mətbuat katibi ona cavabını yayımlayıb.
Kalın ingiliscə yazdığı tvitində qeyd edib ki, Baydenin Türkiyəyə qarşı münasibəti cəhalət, təkəbbür və riyakarlıq üzərində qurulub, ölkənin işlərinə qarışmaq cəhdləri isə ABŞ-ın özünə ziyan vuracaq.
The analysis of Turkey by @JoeBiden is based on pure ignorance, arrogance and hypocrisy.
— Ibrahim Kalin (@ikalin1) August 16, 2020
The days of ordering Turkey around are over.
But if you still think you can try, be our guest.
You will pay the price.
“Türkiyəyə əmrlərin verildiyi günlər artıq geridə qaldı. Ancaq hələ də fikirləşirsinizsə ki, bu sizdə alınacaq, buyura bilərsiniz. Bunun haqqını ödəməli olacaqsınız”, - Kalın yazıb.