BAKI, 16 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı avqustun 16-da 21,3 milyon nəfəri ötüb. Pandemiya 188 ölkəni əhatə edir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat Cons Hopkins Universitetinin saytında yer alır.
Pandemiya başlayandan 21394639 nəfər koronavirusa yoluxub. Sutka ərzində 230 mindən çox insanda xəstəlik aşkarlanıb. İndiyədək 770112 xəstə vəfat edib, 13,3 milyon insan sağala bilib.
Ötən gün dünyada 9985 nəfər COVID-19-dan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, son sutkadakı ölüm sayı pandemiya ərzindəki ikinci rekord göstəricidir. İlk dəfə aprelin 17-də ölüm sayı pik həddə çatmış, 12453 nəfər vəfat etmişdi.
SARS-CoV-2-yə ən çox yoluxma ABŞ-da qeydə alınıb – 5.3 milyon. Braziliya 3,31 milyon nəfərlə ikinci, Hindistan 2,5 milyon nəfərlə üçüncüdür. Dördüncü pillədəki Rusiyada 915 min insan, beşinci yerdəki CAR-da isə 583.6 min nəfər yoluxub. Onluğa Meksika, Peru, Kolumbiya, Çili və İspaniya da daxildir.
Ölənlərin sayına görə də lider ABŞ-dır – 169475 nəfər. Braziliyada 107 mindən çox adam COVID-19-dan vəfat edib. Avropa ölkələrində isə ən yüksək ölüm göstərici qeydə alınıb, o, 10%-dən yuxarıdır.
İyunun 8-də ÜST-ün rəhbəri Tedros Gebreyesus Avropada vəziyyətin yaxşılaşdığını demişdi. Ancaq onun sözlərinə görə, qlobal miqyasda koornavirusun yayılma təhlükəsi artıb. İyunun 29-da təşkilatdan bildirdilər ki, SARS-CoV-2 pandemiyasının yayılma sürəti çoxalıb.
Yeni tip koornavirusun törətdiyi COVID-19 xəstəliyi ötəni ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. ÜST martın 11-də epidemiyanı pandemiya adlandırıb.
Qeyd edək ki, payızın axırı kəskin respirator xəstəliklərinin mövsümü olduğundan ekspertlər həmin vaxt koronavirus pandemiyasının şiddətlənəcəyini proqnozlaşdırırlar. Yəni, adi viruslar – qrip, paraqrip qayıdacaq, koronavirusla bağlı vəziyyət pisləşəcək. Çoxları bunu ikinci dalğa adlandırırlar.