BAKI, 15 avqust — Sputnik. "Gələn həftələrdən könülllük prinsipi ilə insanlarda COVID-19-a qarşı immunitetin formalaşıb-formalaşmaması ilə bağlı testlər aparılacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya mərkəzinin direktor müavini, klinik mikrobioloq, tibb üzrə fəlsəfə doktoru Qumral Ələkbərova məlumat verib.
O bildirib ki, bu testlər könüllülük prinsipi ilə aparılacaq: "Həmin testlər üçün 3-5 ml qan götürüləcək".