CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məlahət Mürşüdlü: Peşə təhsilinə maraq oyatmaq üçün sərgilər keçirilməlidir

© Sputnik / Murad OrujovЭксперт в области образования Малахат Муршудли
Эксперт в области образования Малахат Муршудли - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, gənclərin texniki peşə təhsilinə marağının az olması maarifləndirmə işinin zəif aparılmasının nəticəsidir

BAKI, 15 avqust - Sputnik. Ölkəmizdə peşə təhsilli kadrlara tələbat olsa da, peşə təhsili hələ də populyarlıq qazana bilmir. Ali təhsil ocaqlarına qəbul prosedurunun çətin olmasına baxmayaraq, gənclər peşə təhsilindən çox ali təhsil almağa can atırlar.

Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, gənclərin texniki peşə təhsilinə marağının az olması maarifləndirmə işinin zəif aparılmasının nəticəsidir:

“Peşə təhsililə bağlı qanun qəbul edilib. Bununla bağlı Təhsil Nazirliyi nəzdində agentlik yaradılıb. Azərbaycan artıq bu sahədə müxtəlif xarici ölkələrin təcrübəsi öyrənilir. Hətta bu gün günün tələblərinə cavab verən, maddi-texniki təminatı müasir tələblərə cavab verən peşə məktəbləri var. Demək olar ki,  peşə təhsilinin məzmunu, müəllim və usta kadrların seçilib yerləşdirilməsi istiqamətində son 3 ildə bir sıra vacib tədbirlər həyata keçirilib. Bununla belə, orta məktəb məzunlarının peşə təhsilinə marağının hələ də az olması problem olaraq qalır. Şagirdlər peşə təhsili almağa hələ də ciddi şəkildə maraq göstərmirlər. Bu da ondan qaynaqlanır ki, orta məktəblərdə peşə təhsili istiqamətində maarifləndirmə işi zəif aparılır”.

Ekspert deyir ki, peşə təhsili ilə bağlı təbliğat yalnız peşə məktəblərinə qəbul ərəfəsində aparılır. Halbuki bu istiqamətdə ilin on iki ayı iş aparmağa ehtiyac var:

“Belə maarifləndirmə işini tək aprel-may aylarında deyil, bütün il ərzində aparmaq lazımdır. Müxtəlif sərgilər keçirilməli, şagirdlərin texniki peşə məktəblərinə ekskursiyası təşkil edilməlidir. Yəni, maarifləndirmə tədbirləri ilboyu davam etdirilməlidir. İndiki halda isə bu istiqamətdə görülən işlər yetərincə deyil. Bu sahədə işlər sistemli şəkildə aparılmalıdır ki, gənclərdə ona motivasiya yaransın və sahəyə istədiyimzi axın baş versin.

Həmçinin, peşə məktəbini bitirənlərin işlə təminatı məsələsi zəmanət altına alınmalıdır. Bunun üçün də texniki peşə məktəbləri iş adamları, müəssisələrlə müqavilələr bağlamalıdır. Yəni, işlə təminat məsələsinə zəmanət verilməlidir. İndilikdə isə belə bir zəmanət olmadığından şagirdlər də peşə təhsilinə meyl etmir. Həmçinin təhsil dövründə peşə məktəblərində oxuyanlara da tələbə təqaüdləri verilməlidir”.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0