CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-u məğlub edərək müalicə olunduğu yerdə ona sərgi həsr edən rəssam

© Photo : Courtesy of Narmina AgasiNərminə Ağasi
Nərminə Ağasi - Sputnik Azərbaycan
Abunə olmaq
Nərminə Ağasi: "Mən zəif ola-ola, yalnızlığımı, kədərimi unutmaq üçün bu işləri görmüşəm. Pozitiv qalmaq bu virusa qalib gəlmək üçün vacib şərtdir".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Həyatın ən çətin anları da təcrübədir. Bu çətin günlərə sınaq kimi yanaşdıqda daha çox şey öyrənib zamanı daha səmərəli keçirtmək olur ki, belə olan halda mübarizədən qalib çıxmaq imkanı daha yüksək olur. Çünki bəzən qalibiyyət elə əhval-ruhiyyədən asılı olur. Xüsusən də COVID-19-un hökm sürdüyü bir ərəfədə əhval-ruhiyyənin yüksək olması çox önəmlidir. Bu amil COVID-19 xəstələri üçün də çox böyük əhəmiyyət kəsb edir.

Sputnik Azərbaycan budəfəki həmsöhbəti incəsənət üzrə fəlsəfə doktoru, "PASSAGE" jurnalının baş redaktoru və Azərbaycan Dillər Universitetinin "Filologiya və Virtual Jurnalistika" kafedrasının müəllimi, rəssam Nərminə Ağasidir. Bir müddət öncə COVID-19-dan sağalan rəssam Atletlər Kəndində olduğu müddətdə zamanını boşuna xərcləməyib, maraqlı bir sərgiyə imza atıb. O bu sərgidə iki cəbhədə vuruşan qəhrəmanlarımızı, şəhidlərimizi canlandırıb, həkimləri cəbhədə vuruşan qəhrəmanlarımızla müqayisə edib.

- Keçmiş olsun, deyib, öncə sizin də bu xəstəliklə tanışlıq tarixçənizdən danışaq. Necə və harada yoluxduğunuzu bilirsinizmi?

- Haradan yoluxduğumu dəqiq deyə bilmərəm. Amma bütün qaydalara riayət edirdim. Həmişə sosial şəbəkələrdə maskanı spirti təbliğ edirdim. Hətta  koronavirusa aid beynəlxalq video-roliklərə də qatılmışdım. Lakin, necə deyərlər, bu həyatda heç kim heç nədən sığortalanmayıb. Amma mən immunitetimi gücləndirmək üçün öncədən də müalicə alırdım. Ola bilsin ki, məhz buna görə, virusu yüngül formada keçirdim. Virusun əlamətləri məndə qızdırma, bədənimdə ağrılar, zəiflik, dad və qoxubilməmə və şiddətli baş ağrıların ilə müşahidə olundu. Beləcə qəfildən xəstəxanaya getdim, qızdırmam var idi, özümü çox pis hiss edirdim, heç düşünmürdüm ki, xəstəxanada nə iləsə məşğul ola bilərəm. İlk günlər mənə çox çətin idi, hətta xəstəxanaya düşdüyüm günün səhəri ad günüm idi, həkimlər gözlənilmədən otağıma gəlib sürpriz etdilər, çox kədərlənmişdim. O zaman mən başa düşdüm ki, doğma bir yerə gəlmişəm. Beləcə getdikcə özümə gəlməyə başladım.

© Photo : Courtesy of Narmina Agasi"PASSAGE" jurnalının baş redaktoru rəssam Nərminə Ağasi
COVID-19-u məğlub edərək müalicə olunduğu yerdə ona sərgi həsr edən rəssam - Sputnik Azərbaycan
"PASSAGE" jurnalının baş redaktoru rəssam Nərminə Ağasi

- Əslində istənilən anda zamanı daha səmərəli keçirmək düşünürəm ki, ən gözəl addımdır. Bu müddəti sizdən fərqli olaraq sadəcə yataqda keçirənlər də oldu. Amma siz xəstə yatdığınız yerdə qeyri-adi sərgi yaratdız. Bu haqda danışaq. Necə oldu?

- Koronavirusa yoluxmuş insanların hər birində olan əsas simptom insanı zəifləndirməsidir, insan özünü bütün günü yorğun hiss edir. Buna baxmayaraq, mən zəif ola-ola, yalnızlığımı, kədərimi unutmaq üçün bu işləri görmüşəm. Pozitiv qalmaq bu virusa qalib gəlmək üçün vacib şərtdir. Bu səbəbdən, mən belə əsərlər yaradaraq, həm vətənimə, həkimlərimizə, xalqıma olan sevgimi bildirdim, həm də yalnızlığımı unutmağa çalışdım. Lazım olan ləvazimatları isə, mənə xəstəxananın işçiləri təqdim etdi, şpris, yataq dəstləri, asılqan və müxtəlif başqa əşyalar verdilər. Boyaları, qələmləri, rəsm alətlərini isə "Faber Castell"dən mənə təqdim etdilər. Bunun üçün onların hər birinə minnətdaram. Beləcə mən bu müddətdə 5 kompozisiya yaratdım. Ən əsas və sərginin adını daşıyan əsər "Invisible and visible fight" ( Gözə görünən və gözə görünməyən mübarizə). Azərbaycan və ingilis dillərində olan həştəqlərdən istifadə etdim. Bir tərəfi bütün dünyada tanınan müasir və tez-tez istifadə olunan həştəülərlə bir pannoya çevirmək istədim. Digər tərəfdə isə  Qarabağ, Tovuz, işğal olunan rayonlarımızı, erməni aqressiyasını və Azərbaycana aid həştəqlərdən istifadə etdim. Burada  doğma bayrağımız, bizim bildiyimiz, gözə görünən düşmənimiz, eləcə də gözə görünməyən digər düşmənimiz - COVID-19 təsvir edilib. Digər instalyasiyada koronavirusun hipertrofilləşdirilmiş molekulu təsvir olunub. Əsər məhz bu dəhşətli, tanınmamış virusun qurbanı olmuş insanlara həsr olunub. Qeyd edim ki, mənim əsas kompozisiyalarımdan biri də, " Qarabağ Azərbaycandır!" Qarşımızda Tovuz sərhədində günahsız qurban olan 12 şəhidimizin portretləri var. Mən bunu milli bayrağımızın rənglərində təsvir etməyə çalışdım və eyni zamanda bu insanların bir obelisk kimi, əbədiyyət kimi yer üzündə qalacağını göstərdim. Çünki şəhidlərin ruhları göyə qalxaraq ulduzlara çevrildi. Ürək formasında olan əsərim mənim həkimlər ailəsinə olan məhəbbətimin təcəssümüdür. Mən onları bir ailə adlandırıram, çünki onların hamısının bizim üçün döyünən  ortaq bir ürəyi var. Yalnız bu böyük layihə çərçivəsində, koronavirusa qarşı bu böyük ciddi şiddətli mübarizə çərçivəsində, onların hər birimizi xilas etmək üçün bütün qüvvələrini, bütün mənəvi və digər potensial imkanlarını nümayiş etdirən həkimlərin rolunun nə qədər böyük olduğunu başa düşürsən. Koronavirus nə yaş, nə təbəqə, nə də millət seçmir, heç kimi seçmir, hər kəs özünü qorumalıdır. Mən koronavirusa yoluxub bu müharibəni qazanan bir insanam.

© Photo : Courtesy of Narmina Agasi"PASSAGE" jurnalının baş redaktoru rəssam Nərminə Ağasi
COVID-19-u məğlub edərək müalicə olunduğu yerdə ona sərgi həsr edən rəssam - Sputnik Azərbaycan
"PASSAGE" jurnalının baş redaktoru rəssam Nərminə Ağasi

- "CoronaArt" haqda danışardınız.

- Qeyd edim ki, sərgidəki sonuncu kompozisiyam “CoronaArt” adlanır. Burada daha məftunedici diqqət var. Hesab edirəm ki, müasir incəsənət dili tərcümə tələb etmir. Bu sərginin yaranmasında rolu olanlardan da gərək bəhs edim. Hər dəfə mənə kömək edən insanlar, əsasən texniki işlər ilə məşğul olan cavanlar, palatadan çıxanda eyni şüarı deyirdilər: "Biz birlikdə güclüyük!" Bu Atletlər kəndində hər gün dəfələrlə işlətdiyimiz sevimli şüarımız idi. Prezident İlham Əliyevin "Biz Birlikdə Güclüyük"şüarı mənə koronavirusa qalib gəlməyə böyük güc verdi. Mən bu şüarın əsl mənasını məhz orada dərk və hiss etdim. Təsəvvür edin ki, xəstə olduğum müddətdə belə çətin əsərlər yarada bildimsə, deməli başqa vaxtda özümə darıxmağı heç zaman imkan vermərəm. Atletlər kəndinə dərin minnətdarlığımı bildirirəm, çünki onlar mənim üçün çox gözəl şərait yaratdılar. Mən orada həm istirahət edə bilirdim, yaxşı qidalanırdım. Burada gigiyenik qaydalar da gözlənilirdi. Orada mən təmizlik işləri görən şəxslərdən tutmuş rəhbərliyə qədər hamı ilə ünsiyyətdə idim. Mənim qaldığım palata, öz interyeri ilə digərlərindən çox fərqlənirdi, bunu isə artıq Atletlər Kəndində olan hər kəs bilirdi. İnsanlar gəlirdilər, mənim instalyasiyalarımın yanında şəkil çəkdirdilər. Və onlar mənə deyirdilər ki, biz birinci dəfədir bu qədər optimist pasiyentlə qarşılaşırıq, digər palatalar da hər kəs ağrılarından şikayətlənirdi, amma siz öz pozitiv auranızı bizə də ötürməyi bacarırsınız. Məhz buna görə  ilk gündən mən onlarla daimi ünsiyyətdə idim. Bəzən halsız olduğumdan, başım fırlanmam olduğundan sərgini divarda nümayiş etdirmək üçün hündürə çıxıb mismar vura bilmirdim, və onlar mənə bu işdə də çox kömək olurdular. Mən yenədə "Elmi Tədqiqat Kardiologiya" institutuna çox minnətdaram. Orada mən çoxlu fotosessiyalar edirdim, sonra həmin şəkilləri həkimlər özləri paylaşırdılar, mətbuata göndərirdilər. Özümə video-gündəlik hazırlamışdım. Hər gün öz-özümə necə hiss etdiyimi, nələr etdiyimi, necə göründüyümü məruzə edirdim. Sonra isə tünd rənglər məni boğmağa başladı, mən onlardan sıxılırdım, rəngarənglik axtarırdım. Tanış stilistlərdən mənə saç rəngi göndərməklərini xahiş etdim. Hətta, burada özüm  öz saç rəngimi dəyişdim, açıq tonda etdim. Bu da hər kəsin marağına səbəb olmuşdur.

© Photo : Courtesy of Narmina Agasi
Rəssam Nərminə Ağasinin əl işi - Sputnik Azərbaycan
1/4
Rəssam Nərminə Ağasinin əl işi
© Photo : Courtesy of Narmina Agasi
Rəssam Nərminə Ağasinin əl işi - Sputnik Azərbaycan
2/4
Rəssam Nərminə Ağasinin əl işi
© Photo : Courtesy of Narmina Agasi
Rəssam Nərminə Ağasinin əl işi - Sputnik Azərbaycan
3/4
Rəssam Nərminə Ağasinin əl işi
© Photo : Courtesy of Narmina Agasi
Rəssam Nərminə Ağasinin əl işi - Sputnik Azərbaycan
4/4
Rəssam Nərminə Ağasinin əl işi
1/4
Rəssam Nərminə Ağasinin əl işi
2/4
Rəssam Nərminə Ağasinin əl işi
3/4
Rəssam Nərminə Ağasinin əl işi
4/4
Rəssam Nərminə Ağasinin əl işi

- Xəstəxanadakı şərait necə idi?

- Qidalanma, təmizlik vaxtında və yüksək səviyyədə yerinə yetirilirdi. Bizə təqdim etdikləri qidalar xüsusi hazırlanırdı. Orada düzgün qidalanma normaları gözlənilirdi. Birinci həftə mən çox pis vəziyyətdə idim, yüksək hərarətim var idi, və evdə tək idim. Məndə artıq depressiya başlamışdı, çox qəmgin idim, lakin gücümü toparlayıb özüm üçün bu gözəl yeri - Atletlər Kəndini tapmışdım. Koronavirus elə bir şeydir ki, hər kəs ondan qorxur. Hətta mənə yaxın kimi görünən insanlar heç mənim vəziyyətimlə maraqlanmırdılar. Mən bu xəbərin tez yayılmasını istəmirdim. Hər dəfə sosial şəbəkələrdə əsasən "İnstagram"da postlar yazırdım bu barədə, artıq kim oxusa, kim anlasa bilirdilər. Hətta elə insanlar var idi ki, mənim burada olduğumu bilib mənə dadlı təamlar, hədiyyələr  göndərirdilər. Hətta burada qaldığım vaxt Milli Mətbuat gününə təsadüf etmişdi, və həmin gün mənə çoxlu hədiyyələr göndərdilər. Bütün palatam güllərlə hədiyyələrlə dolu idi.

© Photo : Courtesy of Narmina Agasi"PASSAGE" jurnalının baş redaktoru rəssam Nərminə Ağasi
COVID-19-u məğlub edərək müalicə olunduğu yerdə ona sərgi həsr edən rəssam - Sputnik Azərbaycan
"PASSAGE" jurnalının baş redaktoru rəssam Nərminə Ağasi

- Sağalmağınızda rolu olan həkimlər barədə nə deyə bilərsiniz?

- Təbii ki, həkimlərin rolu əvəzolunmazdır. Hər kəs xəstələnəndə həkimlərə müraciət edir, lakin həkimlərin bu yeni fəaliyyətini hərbiçilər ilə müqayisə etmək olar. Bu sanki müharibədir, biz bilmirik bu hansı düşməndir, silahı nədir, gücü necədir, bu virusda hal hazırda belə müəmmalıdır. Çünki indi bu virus mutasiya edir, və hər pasiyentdə fərqli simptomlar üzə çıxır. Bir tərəfdən bizim ümidimiz həkimlərədir,  digər tərəfdən isə biz onları da qınaya bilmərik, çünki onlarda dəqiq necə müalicə edəcəklərini bilmirlər. Ona görə mən həkimlərimizi çox gözəl başa düşürəm, onların üzərində çox böyük məsuliyyət var, bizə həqiqətləri çatdırmalıdırlar. Bu səbəbədən də sərgimdə həkim heyətindən, təmizlikçilərədək hər kəsin obrazını canlandırmağa çalışmışam. Düzü, həkimlərin mənə olan isti münasibətini gördükdən sonra,öncədən də beynimdə belə bir sərgi yaratmaq haqda fikir yaranmışdı. Mən onları tək-tək xüsusi fonlarda, xüsusən də bayrağımızın fonlarında canlandırırdım. İyulda cəbhədə baş verən məlum hadisələrdən sonra, bu iki cəbhəni sərgi ilə ümumiləşdirmək qərarına gəldim. Bu cür, həkimlərimizlə, bayrağımız ilə, dövlət atributları ilə mən vətənimə olan sevgimi bildirmək istədim.

- Ümumiyyətlə, daha çox hansı janr sizə yaxındır?

- Mən hər zaman dekorativ tətbiqi incəsənət ilə məşğul olmuşam. Tez tez şəxsi sərgilərim olub, çox vaxt daş və divar üzərində rəsm çəkirdim. Həmişə imkanım olanda monumental rəssamlıq ilə məşğul olmuşam, instalyasiyalar, performanslar və s.

Xəbər lenti
0