BAKI, 14 avqust — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
Qeyd edək ki, Azərbaycanda mayın 13-də ilk dəfə ikirəqəmli yoluxma halı (65 nəfər) qeydə alınmışdı. Bundan sonrakı dövrdə gün ərzində 500-dən də yuxarı qalxan yoluxma sayı uzun müddət sonra avqustun 9-da 87, 10-da isə 79 nəfərə düşmüşdü.
Посмотреть эту публикацию в Instagram
İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, aktiv xəstə sayı 2 024 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, ötən müddət ərzində isə ümumilikdə 820 002 test aparılıb.