Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Flora Kərimova: "Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram"

Abunə olmaq
"Özüm özümün vurğunu olmadığımdan səsimi eşidəndə əsəbləşirdim. Ona görə də "Gün keçdi" filmində səsləndirdiyim "Bir axşam taksidə" saundtrekinin taleyini izləmirdim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "O dövrün mühiti, ab-havası mahnılarda da özünü göstərirdi. Ona görə də o illərin mahnıları indi yoxdur. O mahnıların dövründə münasibətlər də fərqli idi. Gələcəyə ümid var idi. İndi koronavirus, nə-bilim-nə virus insanların ruhunu korlayıb".

Bu sözləri Xalq artisti Flora Kərimova Xəzər TV-də yayımlanan "Kinomən" proqramında deyib. Sənəti ilə bağlı suallara cavab verən müğənni tərifi sevmədiyini söyləyib: "Bunu utana-utana deyirəm: nə filmə, nə televizora baxa bilirəm. Təriflərdən zəhləm gedir. Gözümün önündə o qədər səmimiyyətdən uzaq komplimentlər deyilib ki... Səhnə arxasında isə o müğənnini yıxıb-sürüyüblər. Adam rəhmətə gedib deyə adını çəkmirəm. Onun səhnə davranışından, görünüşündən, danışığından, oxumağından o qədər danışırdılar ki, amma onunla üz-üzə gələndə təriflər söyləyirdilər".

Xalq artisti bildirib ki, səhnəyə yeni addımları atdığı dönəmlərdə yolunu kəsməyə çalışanlar olub: "Yeni gələndə çox çarpışırdılar ki, məni yıxsınlar. "Mama qurban, ay can"la böyüyən uşaq birdən-birə ikiüzlü insanlarla qarşılaşdı. Balaca olanda səhnəyə çıxanda deyirdilər, nələr etdin, səndən yoxdur. Özümü itirirdim, qaçırdım. Birdən-birə ikiüzlülük gördüm. Nə ailədə, nə evdə görmüşdüm".

Əfsanəvi müğənni hərdən bəzi mahnıların yaranma tarixini belə xatırlamadığını qeyd edib: "Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram. Bunu son bir-iki ildə anladım. Buna inanmayacaqsınız, amma həqiqətən belədir. "Gözləməyim, gözləməyim, neyləyim" mahnısını sonradan bilmişəm ki, ilk dəfə mən oxumuşam. Özüm özümün vurğunu olmadığımdan səsimi eşidəndə əsəbləşirdim. Ona görə də "Gün keçdi" filmində səsləndirdiyim "Bir axşam taksidə" saundtrekinin taleyini izləmirdim. Mən özümü bəyənmirdim deyə mahnının taleyi ilə maraqlanmırdım", - deyə əlavə edib.

Xəbər lenti
0