CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfsanəvi qəhrəmanın 100 illiyi ilə bağlı videoslayd hazırlanıb

© Sputnik / Shahperi AbbasovaFransa milli partizan hərəkatının əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılov
Fransa milli partizan hərəkatının əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib

BAKI, 14 avqust — Sputnik. Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi videoslayd təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, videoslayd Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının imzaladığı müvafiq Sərəncama əsasən hazırlanıb.

Videoslaydın mövzusu Əhmədiyyə Cəbrayılovun həyat yolundan bəhs edən şəkillər üzərində qurulub.

Qeyd edək ki, Fransa milli partizan hərəkatının əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılov "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla tanınıb.

Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz 1920-ci ilin 22 sentyabrında Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci Dünya müharibəsinin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.

Onu da bildirək ki, əfanəvi qəhrəmanımızın Fransa lideri, general Şarl de Qolla yaxın dostluğu olub. Bu səbəbdən də ona "De Qoll Əhmədiyyə" deyərdilər. Şarl de Qoll Fransa prezidenti olanda Əhmədiyyə Cəbrayılovu "Fəxri legion" ordeni ilə təltif edib. Ona şəxsi ev, prezident dəftərxanasında vəzifə təklif edib. O isə prezidentdən yalnız Azərbaycana qayıtmasında köməklik göstərməsini xahiş edib.

Xəbər lenti
0