Şou davam edir - Cəmi 30 manata həm əylənə bilərsiniz, həm də yoluxa

© AFP 2023 / LEON NEALКлоун, фото из архива
Клоун, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kloun xidməti COVID-19 təhlükəsini belə qiymətləndirir: "Onsuz da, indi hamı bir həftəyə, tez-bazar sağalır".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Pandemiya dövrü olsa da, müəyyən xidmətlər var ki, onlar sosial şəbəkələr üzərindən özlərinə müştəri yığırlar. Bu sırada şən klounlar xidmətini də görmək mümkündür.

Sputnik Azərbaycan pandemiya şəraitində klounların necə fəaliyyət göstərdiyini araşdırıb. Sosial şəbəkədə çox geniş reklamı yayılan kloun xidmətindən verilən məlumata görə, onlara hansısa məhdudiyyət qoyulmayıb: "Təxminən 1 saata qədər 1 klounun qiyməti 30 manatdır. Bundan başqa, şoularımız da var. Şoulara şar+köpük, pandalar, 2 metrədək robotlar və "Spiderman"lər daxildir".

"Biz hazırkı şəraitdə yalnız evə gedirik. Siz hansı şərtlərdə desəz, o şərtlərdə gəlib xidmət göstərəcəyik. Lakin bizim özümüzün hansısa bir şərtimiz və tələbəmiz yoxdur", - deyə xidmətdən bildirilib.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

Evdəki şəxslərin maskalı olub-olmaması, evin dezinfeksiya edilib-edilməməsinin bu klounlar üçün heç bir önəmi yoxdur. Hər gün evlərdə sifarişlərə getdiyini deyən həmsöhbətimizin sözlərindən belə çıxır ki, onlar virus daşıyıcısı ola, xəstəliyi bir evdən digərinə yaya bilərlər: "İşçilərimiz sağlam və normaldır, onların səhhətləri ilə bağlı hansısa şikayətləri yoxdur. Hər şey qaydasındadır. İşçilərimizdə xəstəlik olsaydı, özümüz də qorxardıq. Onların testləri də var, lap istəsəz, sizə göstərə bilərik. Onlar 7-8 gündən bir test verirlər".

Lakin yoluxma ehtimalı testin hansı gün verilməsindən asılı deyil. Neqativ test cavabından dərhal sonra da yoluxmaq mümkündür. Amma həmsöhbətimiz fərqli düşünür: "Test 20 gün qüvvədə olur. Yoluxma isə özünü bir həftə içində də göstərir. Yəni, bizim klounlar normal adamlardır. Onsuz da, indi hamı bir həftəyə, tez-bazar sağalır".

Xidmətdən onu da bildiriblər ki, klounların qatıldığı ev şəraitində keçirilən məclislərdə olsa-olsa 15-dək adam olur. "Bizi hələlik ancaq ad günlərinə dəvət edirlər. Nişana və toylara dəvət almamışıq", - deyə xidmətdən bildiriblər.

Xəbər lenti
0