Rusiyaya zərbə: ABŞ sanksiyalarına görə "Şimal Axını 2" dondurula bilər

© AFP 2024 / TOBIAS SCHWARZСтроительство газопровода "Северный поток-2"
Строительство газопровода Северный поток-2  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin yanvarında bəyan edib ki, "Şimal Axını 2" qaz kəməri Rusiyanın gücü ilə tikilib başa çatdırılacaq, lakin tikinti planlaşdırıldığından bir neçə ay gec başa çatacaq.

BAKI, 11 avqust — Sputnik. ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə "Şimal Axını 2" qaz kəmərinin tikintisi müvəqqəti və ya tam dayandıra bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Uniper" şirkətinin hesabatında deyilir.

Xatırladaq ki, Almaniyanın "Uniper" şirkəti sözügedən layihə üzrə Rusiyanın "Qazprom" şirkətinin maliyyə tərəfdaşlarından biridir.

"ABŞ-ın "Şimal Axını 2" layihəsinə qarşı hədəflənmiş sanksiyalarla bağlı səylərini artırması ilə boru kəmərinin inşasının gecikməsi və ya hətta dayandırılması ehtimalı artır", — məlumatda bildirilir.

Bundan əvvəl ABŞ senatorlarının Almaniyanın Zasnitz şəhərinin limanının müdiriyyətinə göndərdiyi məktubunun bəzi hissələri mediada peyda olub. Məktubda onlar qaz boru kəmərinin tikintisinin dayandırılmadığı təqdirdə limanı "maliyyə baxımından məhv" ilə hədələyiblər.

"Şimal Axını 2" layihəsinin reallaşdırılması ABŞ-ın 2019-cu ilin dekabrında qaz kəməri podratçılarına qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən müvəqqəti dayandırılıb.

Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin yanvarında bəyan edib ki, "Şimal Axını 2" qaz kəməri Rusiyanın gücü ilə tikilib başa çatdırılacaq, lakin tikinti planlaşdırıldığından bir neçə ay gec başa çatacaq.

Xəbər lenti
0