CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada COVID-19 xəstəsi qaydalara tabe olmadı

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Reydlər zamanı qaydaları pozan şəxslər barəsində İXM-nin 211.2-ci maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər

BAKI, 10 avqust — Sputnik. Quba rayon sakini Elnur Bayramovun COVID-19 infeksiyası testi pozitiv nəticə verdiyinə görə ona ev şəraitində müalicə təyin edilib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan E.Bayramovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Həmçinin Quba RPŞ-nin əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Bu zaman mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskalardan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib.

Reydlər zamanı qaydaları pozan şəxslər barəsində İXM-nin 211.2-ci maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Xəbər lenti
0