CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX generalı ev dustaqlığına buraxıldı

© State Border Service of Azerbaijan RepublicЗаместитель начальника ГПС генерал-лейтенант Нагиев Афган
Заместитель начальника ГПС генерал-лейтенант Нагиев Афган  - Sputnik Azərbaycan
Abunə olmaq
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb

BAKI, 10 avqust — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər lenti
0