Sumatra adası yenə lərzəyə gəldi: dəhşətli vulkan püskürməsinin VİDEOsu

© © Antara Foto / Sastrawan Ginting via REUTERSSumatra adasında vulkan püskürməsi
Sumatra adasında vulkan püskürməsi - Sputnik Azərbaycan
Abunə olmaq
İsti vulkan kütləsinin axını ətraf kəndləri dağıdıb və yerli sakinlər daha təhlükəsiz yerlərə köçmək məcburiyyətində qalıblar.

BAKI, 10 avqust — Sputnik. İndoneziynın Sumatra adasında Sinabunq vulkanı aktivləşib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, vulkanın püskürməsi hadisə şahidləri tərəfindən çəkilib.

Məlumata görə, vulkanın külləri dəniz səviyyəsindən 7,5 kilometr hündürlüyə qalxıb. Hakimiyyət vulkan ərazisinə 3-5 kilometr yaxın ərazilərə daxil olmağı məhdudlaşdırıb.

Bundan əlavə, insanlara qoruyucu maskalar taxmaq və evlərinə lavanın yaxınlaşmasını izləmək tövsiyə edilib.

Sinabunq 2010-cu ilə qədər 400 il yatmış vulkan hesab edilib. 2010-cu ildə vulkan aktivləşəndən sonra mütəmadi olaraq lava və kül püskürüb.

İsti vulkan kütləsinin axını ətraf kəndləri dağıdıb və yerli sakinlər daha təhlükəsiz yerlərə köçmək məcburiyyətində qalıblar. On il ərzində onlarla insan Sinabunq püskürmələrinin qurbanı olub.

Xəbər lenti
0