BAKI, 9 avqust — Sputnik. Çinin Şandun, Şansi, Henan, Şensi, Quyçjou və Qansu əyalətlərində 500-dən artıq turist obyekti daha çox ziyarətçi cəlb etmək məqsədilə biletlərin qiymətini endiriblər.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən bildirir ki, ilin sonunadək səyahətçilər görkəmli yerlərə 20-50% güzəştli qiymətlərlə baxa bilərlər.
Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar, obyektə girməmişdən əvvəl isə hərarətləri ölçüləcək və sağlamlıqları barədə məlumat daşıyan xüsusi QR-kodu göstərməlidirlər.
Məsələn, Quyçjou əyalətində hökumət apreldən iyuladək bütün 420 turistik görməli yer üçün pulsuz biletlər təklif edib. Hazırda bu hüquqa yalnız tibb işçiləri malikdirlər, digər şəxslər isə biletin haqqının yarısını ödəyirlər. Biletləri yalnız onlayn almaq olar.
Məmurlar bildirirlər ki, çevik qiymət siyasətinin sayəsində obyektlərdə turistlərin sayı ötənilki göstəricilərin təxminən yarısını təşkil edib.