Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xərçəngin yaranmasında yaş və həyat tərzinin də rolu varmış

© AP Photo / NATALIA KOLESNIKOVAЖенщина несет раствор для своей дочери, больной онкологией
Женщина несет раствор для своей дочери, больной онкологией - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimin sözlərinə görə, insan zərərli vərdişlərdən uzaqlaşandan ancaq 10 il sonra orqanizm özünə gələ bilir.

BAKI, 9 avqust — Sputnik. Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xərçəng xəstəliyinin inkişafına təsir edən faktorlar barədə danışıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssin fikrincə, xərçəngin inkişafında genetikanın cəmi 15 faiz rolu var.

Xəstəliyin yaranmasına isə yaş və həyat tərzi ilə bağlı mutasiyalar səbəb olur.

Kaprinin sözlərinə görə, siqaret çəkmə bir neçə xərçəng növünün meydana gəlmə riskini 30 dəfə, alkoqollu içkilərə aludəçilik isə daha çox artırır.

"Müayinə zamanı baxırsan ki, ailə genetik baxımdan sağlamdır. Ancaq sonra ağciyər xərçəngi, sidik kisəsi xərçəngi meydana gəlir. Məlum olur ki, burada zərərli vərdişlər var", - deyə həkim bildirib.

Onun sözlərinə görə, insan zərərli vərdişlərdən uzaqlaşandan ancaq 10 il sonra orqanizm özünə gələ bilir.

Xərçəngin meydana gəlməsində yaşın roluna gəldikdə isə həkim qeyd edib ki, 65 yaşından sonra hər 5 ildə immuniteti gücləndirən hüceyrələrin mutasiyası 10 faiz artır.

Daha əvvəl isə transyağların yumurtalıq xərçəngi riskini 34 faiz artırdığı açıqlanmışdı.

Xəbər lenti
0