Türkiyədən Livana böyük dəstək

© AFP 2024 / StringerПоврежденный от взрыва бункер в порту Бейрута
Поврежденный от взрыва бункер в порту Бейрута - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 4-də Beyrutda güclü partlayışlar olub. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib

BAKI, 8 avqust — Sputnik. Türkiyənin vitse-prezidenti Fuad Oktay bəyan edib ki, ölkəsi Beyrutda dağılmış limanı və onun yaxınlığında olan binaları yenidən tikməyə hazırdır. Bundan əlavə, siyasətçi Beyrutda bərpa işləri davam edənə qədər Livana Türkiyənin Mersin limanından istifadə etməyə təklif edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Bu gün Beyrutda Türkiyədən olan axtarış-xilasetmə komandaları işləyir. Bu ana qədər bizim ölkəmiz Livana 400 ton ərzaq göndərib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, avqustun 4-də Beyrutda güclü partlayışlar olub. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

Xəbər lenti
0