CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toya icazə verəcəklər, amma hər şey sahibkarlardan asılı olacaq

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidМолодожены, фото из архива
Молодожены, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək" - İqtisadiyyat nazirinin müavini

BAKI, 8 avqust — Sputnik. “Prezidentin tapşırığı ilə sahibkarlıq subyektlərinə yeni maliyyə yardımın edilməsi ilə bağlı qərar verilib”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

O bildirib ki, bununla yanaşı, dövlət mütəmadi olaraq sahibkarlarla görüşür:

“Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı - burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.

Nazir müavini qeyd edib ki, bu yaxınlarda Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti ikinci maliyyə paketini təsdiq edib və bu ödənişlərə yaxın zamanlarda başlanılacaq.

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə hökumətin insanlara yardım etməməsi barədə iddialara cavab verərkən rəsmi qeydiyyatdan keçməyin vacib olduğunu vurğulayıb: "Hökumət sahibkara yardım edir ki, o, işçisini işdən azad etməsin, onun əməkhaqqını ödəməyə davam etsin. Əgər hansısa müəssisədə, restoranda, şadlıq evində işləyənlər əməkhaqqı almırlarsa, deməli, onlar qeydiyyatda olmayıblar və rəsmi işçi sayılmayıblar. Pandemiya dövründə dövlət işçilərin işdən çıxarılmasına moratorium qoyub, özəl qurumlara isə tapşırılıb ki, işçiləri çıxarmasınlar, hökumət yardım edəcək".

Xəbər lenti
0