"Dedilər ki, onların 100 min ədəd silahı itib. İtməyib, pulla almışıq"

© REUTERS / Abdul MalikАфганские полицейские дежурят во время боя с Талибами
Афганские полицейские дежурят во время боя с Талибами - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim siyasi ofisimizin həm Rusiya, həm də regionun digər ölkələri ilə əlaqələri var. Söhbət hərbi əlaqələrdən getmir"

BAKI, 8 avqust — Sputnik. Talibanın Rusiya və regionun digər ölkələri ilə yalnız siyasi əlaqələri var, hərbi əlaqələri yoxdur. Hərəkat silahı isə Əfqanıstan ordusundan da alır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu hərəkatın siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahin bildirib.

"Bizim siyasi ofisimizin (Dohada – red.) həm Rusiya, həm də regionun digər ölkələri ilə əlaqələri var. Söhbət hərbi əlaqələrdən getmir", - deyə Şahin qeyd edib.

Taliblərin rəsmi nümayəndəsi Əfqanıstan münaqişəsinin nizamlanmasında Rusiyanın rolunu yüksək dəyərləndirib: "Hesab edirəm ki, Rusiyanın bu məsələdə rolu olduqca önəmlidir".

"Silahlara gəldikdə, bizim silahlarımız var, bizim Əfqanıstanda silah ehtiyatlarımız var və biz Kabil Administrasiyasından – ordudan silah alırıq. Belə məlumat yayıldı ki, onların 100 min ədəd silahı itib və ya oğurlanıb. Bax o silahları biz onlardan almışdıq. Nəyisə biz ələ keçirmişik (döyüşlər zamanı - red.). Bizim xeyli sayda silah-sursatımız var. Onların hamısı Kabil Administrasiyasından alınıb", - deyə o izah edib.

Xəbər lenti
0