CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bundan sonra mehmanxanalar yeni QAYDAlarla işləyəcək

CC0 / PhotoMIX-Company / hotelГостиничный номер, фото из архива
Гостиничный номер, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İşçi heyətlə qonaqların təmasını minimuma endirmək üçün qonaqların işçi heyətlə telefon, elektron poçt və (və ya) mobil tətbiqlər vasitəsilə əlaqə imkanları yaradılır

BAKI, 8 avqust — Sputnik. Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qaydalar hostellər, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinq, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binada mənzillər (otaqlar), dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri kimi yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin fəaliyyətinə şamil edilmir.

Mehmanxanaların daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından mehmanxanada otaq, işgüzar tədbir, konfrans və ya görüş rezervasiyası olmayan şəxslərin istifadəsinə icazə verilmir.

Mehmanxana daxilində və ərazisində insanların kütləvi toplaşması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş say məhdudiyyətinə əməl edilməlidir.

Mehmanxana ərazisində qapalı məkanlarda canlı auditoriya qarşısında tədbirlərin, o cümlədən tamaşaların və konsert tədbirlərinin keçirilməsinə yol verilmir.

İşçi heyətlə qonaqların təmasını minimuma endirmək üçün qonaqların işçi heyətlə telefon, elektron poçt və (və ya) mobil tətbiqlər vasitəsilə əlaqə imkanları yaradılır.

Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili QAYDALARInın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti
0