İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 8 avqust - Sputnik. Karantin qaydalarını pozaraq Gəncədən Balakənə istirahətə gələn dostlar cərimələniblər.
Sputnik Azərbaycan xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reydlər keçirirlər. Reyd zamanı sərt karantin rejimi elan edilən Gəncə şəhərindən icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib.
Onlar polis şöbəsinə dəvət edilərək profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub. Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.