BAKI, 8 avqust — Sputnik. Livandakı hazırkı böhrandan yalnız ölkədə vaxtından əvvəl parlament seçkisi keçirilərsə, çıxmaq olar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu ölkənin Baş naziri Hassan Diab deyib.
Diabın ölkə vətəndaşlarına müraciətini Al-Mayadeen telekanalı yayımlayıb.
Diab əlavə edib ki, nazirlərin növbəti iclasında növbədənkənar parlament seçkisinin keçirilməsinin layihəsini irəli sürəcək.
Avqustun 4-də Beyrut limanında baş verən partlayış barədə danışan Baş nazir deyib ki, o, korrupsiya nəticəsində baş verib.
The Beirut port completely demolished by the explosion and the anger of the people. #Beirut #lebanon#beirutprotests pic.twitter.com/N4tcl9OGFI
— Socialist Middle East (@SocialistEast) August 8, 2020
Bu gün etiraz edənlər parlament qarşısında korrupsiyaya yol verən məmurları asmaq üçün dar ağacları da qurublar.
For my lovely Beirut we rise again #Beirut ❤️ pic.twitter.com/4QC1VYYJnW
— David Daoud (@david1n3) August 8, 2020
Bundan öncə Livanın Prezidenti Mişel Aun demişdi ki, partlayışın bütün səbəbləri, o cümlədən xarici müdaxilə də araşdırılacaq.
Lebanon UPDATE:
— AFP Beirut (@AFP_Beirut) August 8, 2020
Protesters have now:
- Taken over foreign ministry
- Stormed economy ministry
- Stormed Association of banks of Lebanon
- Taken over energy ministry
And looks like more to come...@AFP pic.twitter.com/6cVLqbBigf
Qeyd edək ki, bu gün yerli vaxtla saat 16-da minlərlə insan hökumətin dəyişməsi və islahatlar tələbilə mitinqə çıxıb və aksiya dərhal iğtişaşa çevrilib. İnsanlar polisə daş atıblar, onlar isə gözyaşardıcı qazdan istifadə edərək kütləni dağıtmaq istəyiblər.
Outside #Lebanon’s occupied economy ministry. A fire has been lit. Protesters chanting “fire” and “come down” to the protesters inside. pic.twitter.com/tZx9nZhcNB
— Timour Azhari (@timourazhari) August 8, 2020
Etirazçılar öncə Livan XİN-in, sonra enerji, maliyyə və ətraf mühit nazirliklərinin binalarına giriblər. Kütləni dağıtmaq üçün polislərin köməyinə gələn hərbçilər güllədən istifadə ediblər.
Lebanese Army viciously beating protesters at Beirut’s ring road. Was trying to film it and got hit in the head. Am fine. They tried to take my phone. No chance. pic.twitter.com/XBlGJKwmcr
— Timour Azhari (@timourazhari) August 8, 2020
İğtişaşlarda 230-dan çox adam yaralanıb. Bir polis nəfəri isə həlak olub. Livanın MTV telekanalının məlumatına görə, o, Le Grey otelinə hücum zamanı ölüb.