BAKI, 8 avqust — Sputnik. Məşhur “YouTube” vlogeri Jak Polun Los-Ancelesdəki lüks villasında əməliyyat keçirilib. Sputnik Azərbaycan bildirir ki, ABŞ-ın Federal Təhlükəsizlik Xidməti ulduzun yeddi milyon dollarlıq villasına zirehli maşınla daxil olub. Onun malikanəsindən çox sayda silah-sursat ələ keçirilib. Qonşuları gecə vlogerin evindən partlayış səslərinin gəldiyini deyiblər.
23 yaşlı J.Pol ABŞ-da qaradərililərin etirazlarında iştirakda ittiham edilir.
Arizona ştatında alış-veriş mərkəzinin talanmasından sonra onun tutulması ilə əlaqədar evində axtarış barədə qərar çıxarılıb.
Qeyd edək ki, sosial media fenomeninin 20 milyondan çox izləyicisi var. Məşhur, eyni zamanda, ABŞ-ın yerli mətbuatında ötən ildən 2 milyon vergi borcu olması ilə gündəmi zəbt edib.