CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə və Bakı üzrə ən çox yoluxma haradadır?

© REUTERS / BENOIT TESSIERТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 56.3 faiz. Abşeronda yoluxma faizi 16.1 faiz, Aranda 9.4 faiz, Gəncə-Qazaxda 6.7 faiz, Lənkəranda 4.5 faiz, Quba-Xaçmazda 1.9 faiz, Dağlıq Şirvanda 1.7 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir

BAKI, 7 avqust – Sputnik. Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Медик показывает лекарство от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Vəssalam! Koronavirusun dərmanına patent aldılar

Sputnik Azərbaycan "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 56.3 faiz. 

Abşeronda yoluxma faizi 16.1 faiz, Aranda 9.4 faiz, Gəncə-Qazaxda 6.7 faiz, Lənkəranda 4.5 faiz, Quba-Xaçmazda 1.9 faiz, Dağlıq Şirvanda 1.7 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.0 faiz, ölkə xarici yoluxma isə 0.8 faiz təşkil edir.

Bakının rayonları üzrə də koronavirusa yoluxma statistikası açıqlanıb. Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.2 faiz, Xətaidə 12.2 faiz, Sabunçuda 11.9 faiz, Yasamalda 11.8 faiz, Nəsimidə 9.2 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Qaradağda 7.4 faiz, Nizamidə 7.3 faiz,  Xəzərdə 4.8 faiz, Səbaildə 4.5 faiz, Pirallahıda  0.3 faiz təşkil edib.

Xəbər lenti
0