BAKI, 7 avqust – Sputnik. Avqust ayının 21-də Azərbaycanda Məhərrəm ayı başlayacaq.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, Aşura günü avqustun 30-na təsadüf edəcək.
F. Nurullayev eyni zamanda qeyd edib ki, oktyabrın 8-də Ərbəin olacaq (40 günü).
Onun sözlərinə görə, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.
QMİ sədrinin müavini deyib ki, avqustun 31-dək ölkədə karantin rejimi olduğuna və 5 nəfərdən artıq adamın bir yerə yığılmasına icazə yoxdur: "Hazırda Məhərrəm ayı ilə bağlı qanvermə aksiyasının necə keçirilməsi məsələsi müzakirə olunur".