BAKI, 7 avqust — Sputnik. "Penitensiar müəssisələrində koronavirusa yoluxan məhbuslar arasında ağırlaşma omayıb, hamısı sağalıb". Sputnik Azərbaycan-ın xəbərinə göə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov belə deyib.
Onun sözlərinə görə, koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda qeydə alınıb və təmas halı da orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb: "Məhbuslar arasında tək-tək yoluxma halı var. Bu şəxslərdə koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantinə alınır və həmin şəxsin müalicəsi və müayinəsi aparılır".
"Bugünkü günə qədər koronavirus yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb. Səhhətində problem olan məhbusların nəzərdə tutulmuş müddətə uyğun olaraq müalicəsi davam edir. Onlar yalnız tam sağaldıqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılırlar", - deyə nazirlik rəsmisi bildirib.