CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik: Valideynlərin andiçmə mərasimində iştirakı qadağandır

© AR Ministry of DefenceЦеремония принятия Военной присяги в учебных частях и подразделениях Азербайджанской Армии
Церемония принятия Военной присяги в учебных частях и подразделениях Азербайджанской Армии - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin andiçmə mərasimlərində iştirakı qadağandır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.

"Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik", - nazirlikdən bildirilib.

Xəbər lenti
0