CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqpulu parlamentdə müzakirə olunub

© © Sputnik / Elvin AhmadПустышка, манаты, книга и игрушка, фото из архива
Пустышка, манаты, книга и игрушка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədəuyğundur"

BAKI, 6 avqust — Sputnik. "Uşaqpulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib. Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, Sovet vaxtından qalan uşaqpulunun məbləği o qədər az idi ki, onun heç verilməməsi ondan yaxşı idi: "Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədəuyğundur. Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni, yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verə bilərik. Komitəyə deputatlar gəlsinlər, işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq. Bunun büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq".

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, bundan əvvəl uşaqpulu hamıya verilirdi, ancaq uşaqpulunun məbləği olduqca aşağı idi. "Ünvanlı dövlət sosial yardımı haqqında" qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir. Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır.

Xəbər lenti
0