CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbii həkim: Azərbaycanda pandemiya dövründə qarağat bağları çoxalır

Abunə olmaq
Fermerlərimiz qarağat təsərrüfatlarını genişləndirməyi planlaşdırır. Pandemiya dövründə bu giləmeyvəyə olan tələbat getdikcə artır. Plantasiyadan daha ətraflı videomuzda izləyin.

Ağstafanın Qarahəsənli kəndində fermerlər kənd təsərrüfatının ən gəlirli sahələrindən sayılan qarağatı yığırlar. 

Azərbaycanda heç kimin dadına baxmadığı giləmeyvə: İlk cır mərsin plantasiyası  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanda heç kimin dadına baxmadığı giləmeyvə: İlk cır mərsin plantasiyası
Bu rayonda əsasən giləmeyvənin qara rənglisi becərilir. Mərhələli şəkildə yetişdikcə əl ilə bir-bir, yaxud salxım-salxım yığılan qarağat əziyyətlə toplansa da yaxşı qiymətə gedir. Bu səbəbdən fermerlər qarağat bağlarını ildən-ilə genişləndirirlər. 

Pandemiya dövründə isə qarağata olan tələbat daha da artıb. Belə ki, orqanizm üçün faydalı olan bu meyvə insanda immuniteti yüksəltməklə yanaşı, qış üçün də yaxşı azuqələrdən sayılır.

Fermer Məhəmməd Babayev hazırda qarağatın kiloqramının sahələrdə 2 manata, 2 manat 50 qəpiyə satdıqlarını bildirir.

“Azərbaycanda hər bir evdə, demək olar ki, qarağatdan istifadə edilir. Əsasən kompot və mürəbbə hazırlanır. Qiyməti də qane edir. Hətta onlayn şəkildə bizə müraciət edirlər. Çatdırırıq, pulumuzu alırıq”, -  deyə fermer bizimlə bölüşüb.

Lakin fermerlər bu sahədə də çətinliklərin olduğunu, məhsuldarlığa təsir edən ziyanvericilərlə fərdi şəkildə mübarizə edə bilmədiklərini deyirlər. Fermer Süleyman Babayev bunu lazım olan dərmanlardan düzgün istifadə edə bilmədikləri ilə əlaqələndirir.

Fermerlər deyirlər ki, pandemiya dövründə təsərrüfatlarında rahat işləyib öz məhsullarını yığmaqda heç bir çətinliklə üzləşməyiblər. Qarağatdan bu il yaxşı gəlir götürdüklərindən giləmeyvə bağlarını bir qədər də artırmağı düşünürlər.

Xəbər lenti
0