BAKI, 6 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, onun oğlu Nikolay "müxalifət əhval-ruhiyyəsində" olan adamdır. Bu barədə ukraynalı jurnalist Dmitri Qordon ölkə lideri ilə müsahibəsindən sonra bildirib.
Qordonun fikrincə, 16 yaşlı Nikolayın atası ilə müxtəlif ölkələrə səyahət etdiyi və bir çox dövlət başçıları ilə ünsiyyət qurduğu üçün öz dünyagörüşü formalaşıb.
"O (Nikolay - red.), ümumiyyətlə hakimiyyətə qarşı müxalif əhval-ruhiyyədədir", - deyə jurnalist "Ukrayna 24" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Lukaşenko gələcəkdə oğlunu prezident vəzifəsində görmək istəmir, çünki onun üçün rahat həyat arzulayır.
Qordon əlavə edib ki, Nikolay verilişin bütün buraxılışlarını izlədiyi üçün atasından müsahibə verməyi xahiş edib.