Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq

© pixabay / Free-Photosİşsiz adam
İşsiz adam - Sputnik Azərbaycan
Abunə olmaq
Siyahıya artıq altıncı ildir ki, Venesuela başçılıq edir. Autsayderlər arasında Bloomberg Argentina, Cənubi Afrika və Türkiyənin də adını çəkir.

BAKI, 6 avqust — Sputnik. Bloomberg agentliyinin açıqladığı dünyanın ən bəxtsiz iqtisadiyyatları sıralamasında ABŞ Rusiyadan da geri düşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, agentlik siyahını hazırlayarkən inflyasiya və işsizlik göstəricilərini əsas götürür. Analitiklərin fikrincə, bu və ya digər ölkənin vətətndaşının necə yaşadığına dair bundan yaxşı göstərici ola bilməz.

Ümumilikdə agentlik 60 ölkənin iqtisadiyyatını araşdırıb. ABŞ bir il ərzində reytinqdə 50-dən 25-ci yerə düşüb, bu isə o deməkdir ki, ölkədə həyat səviyyəsi xeyli pisləşib.

“2020-ci il dünyanın ən bədbəxt iqtisadiyyatları reytinqində ABŞ Rusiya və Meksikadan da bərbad durumdadır”, - agentlik yazıb. 

Siyahıya artıq altıncı ildir ki, Venesuela başçılıq edir. Autsayderlər arasında Bloomberg Argentina, Cənubi Afrika və Türkiyənin də adını çəkir.

Tailandla Sinqapurun iqtisadiyyatını agentlik nisbətən “xoşbəxt” sayıb. Bir neçə ölkə də il ərzində siyahıdakı mövqelərini yaxşılaşdıra bilib. Bunlardan Lüksemburq (30-dan 47-ə qalxıb) və Çini (37-dən 44-ə qalxıb) göstərmək olar. 

Bundan öncə məlumat verilmişdi ki, ABŞ-ın ÜDM-inin azalması ötən ilin müvafiq dövrünə nisbətdə 2020-ci ilin ikinci rübü ərzində 32.9 faiz təşkil edib. Bu, 1947-ci ildən (Amerika hökuməti statistika aparmağa başlayandan) bəri ən böyük çökmə sayılır. Ölkədə işsizliyin səviyyəsi isə 1930-cu illərdən bəri ən yüksək olub.

Xəbər lenti
0