CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç kim pulsuz qalmayacaq - İşsizlikdən sığorta fondunun büdcəsi artırılır

Abunə olmaq
İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur. Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur.

BAKI, 5 avqust — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanuna dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb.

Gömrük-keçid məntəqəsində sığorta xidməti - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sığorta haqlarının ödənilməsinə möhlət verilir

Sputnik Azərbaycan xəbər verir ki, işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur. Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur.

Qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, işsizlikdən sığorta fondunun büdcəsinin artmasının əsas səbəbi 2019-cu ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitidir, bu vəsait 23 milyon manat təşkil edir. Eyni zamanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib.

İşsizlikdən sığorta fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq.

Xəbər lenti
0