CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maliyyə naziri iqtisadi durumumuz haqda - Geriləmə prosesi bir qədər artacaq

© Sputnik / Murad OrujovАзербайджанские манаты, фото из архива
Азербайджанские манаты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Büdcədə neftin qiyməti 55 dollar məbləğində götürülüb, lakin növbəti 6 ay ərzində 35 dollar həcmində olması proqnozlaşdırılır"

BAKI, 5 avqust — Sputnik. "Büdcədə neftin qiyməti 55 dollar məbləğində götürülüb, lakin növbəti 6 ay ərzində 35 dollar həcmində olması proqnozlaşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda ÜDM-də artıq geriləmə prosesi başlayıb: "Bu geriləmə aprel ayında başlayıb. Gözlənilən ondan ibarətdir ki, bu proseslər bir qədər artacaq, lakin proqnoza əsasən, ÜDM-in azalması 5 faizdən artıq olmayacaq. Burada nəzərə alınır ki, iqtisadiyyatın əksər sektorunda geriləmələr müşahidə olunmaqdadır. Eyni zamanda neftin qiymətinin yeni proqnozu da gəlirlərin azalmasına təsir göstərir".

Xəbər lenti
0