CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir: "İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır"

© Sputnik / Murad Orujov100 manatlıq əskinazlar
100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimi ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib"

BAKI, 4 avqust — Sputnik. "Koronavirus pandemiyası qlobal iqtisadiyyatda mənfi meylləri artırıb. COVID-19 virusunun dünya və ölkə iqtisadiyyatlarına vurduğu ziyanın miqyası çox böyükdür. Pandemiyanın vurduğu zərərlərdən qaçmaq üçün dövlət büdcəsində dəyişikliklərin edilməsinə ehtiyac duyulur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin avqustun 4-də keçirilən iclasında deyib.

Nazir bildirib ki, pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimi ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib. Cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri proqnozlaşdırılandan da yaxşı səviyyədə yerinə yetirilib.

"Birinci yarım ildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarım ildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlarına yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır", - deyə nazir bildirib.

Xəbər lenti
0